Motor Safe

  • Share
  • CevherShare
  • Share

Motor Flush
Mühərrik Qoruyucu.

Mühərrik(ətraflı) işlədiyi zaman bir çox hissələr yüksək dövrlərlə hərəkət edir, sürtünmə baş verir və nəticədə aşınma olur. Aşınmanın dərəcəsinə bir çox faktorlar, belə ki avtomobilin soyuq mühərriklə idarə olunması, keyfiyyətsiz yağ, mühərrikdə yağın azalması, yüksək dövrlərdə idarə etmək, mühərriki qızdırmaq və s. təsir edir.

Belə hallarla sürücülərimiz çox rastlaşırlar. Bu da gözlənilməz xərclərin yaranmasına gətirib çıxarır. Fizika qanunlarına görə aşınmanın qarşısını almaq olmur, amma sürtünməni azaldaraq prosesin zəif getməsini və ehtiyat hissələrinin daha uzun ömürlü olmasını təmin etmək olar.

Yağİlk öncə keyfiyyətli yağ istifadə olunmalıdır. Hər yağ deyişəndə isə Meguin Motor Safe deyilən qatqıdan istifadə etmək lazımdır. Müasir mühərrik yağları ən son texnologiyalarla istehsal olunaraq, çoxlu vacib funksiyanı, hansı ki maşın hissələri soyutmaq daxil olmaqla, onları təmiz saxlamaq, paslanmaya, korroziya və köhnəlməyə qarşı müdafiəni yerinə yetirir. Yağın ən vacib funksiyalardan biri daha rahat nəticə əldə etmək(sürtünməni rahatlaşdırmaq) üçün hərəkət edən hissələrin arasında xüsusi bir qat formalaşdırır. Beləliklə hərəkət zamanı hissələr daha az sürtünür, daha az qızır və təbii olaraq aşınma azalır. Bu da maşın hissələrin vaxtından əvvəl qocalmasının qarşısını alır.

Bəs MOTOR SAFE deyilən qatqı hansı işləri görür?

Yuxarıda sadaladığımız məlumatlar ekstrim hallar üçün nəzərdə tutulmamışdır. Ekstrim hal deyərkən adətən bu hallar nəzərdə tutulur. Avtomobil qədərindən çox yükləndiyi zaman, yüksək sürət, yoxuş yuxarı qalxmaq, Yüksək yada mənfi temperatur, mühərrikdəki yağın qədərindən aşağı düşməsi(buna sürücülərimiz diqqət etmir, çox vaxt daha ağır forma müşahidə olunduğu zaman yağın azaldığını hiss edirlər. Məs. Ön konsuldakı yağın işığı yandığı halda,bəzən işıq sarı yanır bəzən də qırmızı. Qırmızı yanırsa təhlükəlidir və yağavtomobili idarə etmək olmaz) mühərrikdə ki digər nasazlıqlar (hansı ki birbaşa yada bu səbəbdən yağlanmaya təsir edir), mühərrikin temperaturunun qədərindən yuxarı qalxması.
Adətən bu hallarda sadəcə yağ kifayət etmir, mükəmməl bir qorumaq üçün MOTOR SAFE dediyimiz qatqıya ehtiyac duyuruq. Hətta mühərrikdə yağ qalmadığı halda belə yenə də müəyyən bir zaman mühərrikin yağlanmasını dayandırmayan bu qatqı ehtiyat hissələri arasında temperatura davamlı daha qalın bir qat yaradaraq mühərrikin dağılmasının qarşısını alır.

İSTİFADƏ QAYDASI

Hər dəfə yağ dəyişərkən bu qatqıdan istifadə tövsiyə edilir. Yeni yağ dəyişdirilərkən yağla bərabər mühərrikə əlavə edilir.
Qablaşma 250 ml. Bu 6 litr yağ üçün nəzərdə tutulur.

NƏTİCƏLƏRİ.

Avtomobilin güc aqreqatı olan mühərrik təbii olaraq da avtomobilin ən bahalı hissəsidir. Eyni zamanda digər hissələrlə müqayisədə istehlak zamanı daha çox xidmətə ehtiyac duyan aqreqatdır.
Bu da daha çox xərc deməkdir. MOTOR SAFE qatqısı sürtünməni azaldaraq mühərrikin ömrünü artırır və sizi xərclərdən qoruyur. Unutmamaq lazımdır ki mühərrikin ürəyi sayılan Blok Porşen və Kalenval çox bahalı ehtiyat hissələridir qiyməti təqribən avtomobilin qiymətinin 10-15 faizidir (təqribən 3000-9000 AZN).

Bu da onu göstərir ki mühərrikə necə xüsusi bir xidmət göstərilib qorunmalıdır. MOTOR SAFE qatqısı sizin mühərriki qorumaq üçün əvəzsiz vasitədir.

Diqqət: Qatqılardan düzgün istifadə edin(istehsalçıya diqqət edin) səhv bir seçim ağır nəticələr əmələ gətirə bilər.

Avtoustam Meguin tövsiyə edir.

© 2011 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub