Injector Cleaner

  • Share
  • CevherShare
  • Share

Meguin Injection Cleaner (fuel system cleaner) və Meguin Diesel System Cleaner

Injector Cleaner

Bütün daxili yanma mühərriklərinin(ətraflı) istifadə etdikləri benzinin kimyəvi quruluşundan qaynaqlanan kirləndirici xüsusiyyətinə görə zaman içində mühərrik performansında eniş meydana gəlməkdədir. Mühərrikin iş nizamında çox əhəmiyyətli problemlər ortaya çıxmasına səbəb olur. Yanma otağının içində və klapanlarda yüksək temperatur nəticəsində yaranan laklaşmış laylar mühərrikin performansının düşməsinə, yanacaq istehlakının artmasına və kirləndirici qazlarının(co2) yüksəlməsinə səbəb olmaqdadırlar.

catalytic converter Bir çox zaman səhər-səhər avtomobilin pis işə düşməsinə, 50-60 kilometr saat sürətlərdə titrəmələr və mühərrikin boğulmasına, surət qutusunu fərqli səviyyələrə keçirərkən avtomobilin bəzən boğulub bəzən də qarşıya sıçramasına, yüksək benzin sərfiyatına səbəb injektor (benzin) sisteminin çirklənməsidir.

Adətən istehsalçılar mühərrikə test etdikləri zaman kirlənməni qatranları nəzərə almırlar
və avtomobilin performansını yoxladıqları zaman bunu sadəcə təmiz mühərrikdə yerinə yetirirlər. Təbii ki bu yalnız laboratoriya şəraitində mümkündür. Avtomobili istifadə etdiyimiz zaman mühərrikin bir çox hissəsində əlavə atıqlar qatranlar yığılır buna benzin sistemi də daxildir.
Sürücülər belə problemlərlə qarşılaşdıqda adətən injektorları təmizlətdirirlər. Amma bu yetərli deyil çünki benzin sistemi sadəcə injektorlardan ibarət(benzin çəni benzin filtri benzin nasosu benzinin hərəkət etdiyi kiçik borular və s) olmadığı üçün digər hissələrdə qalmış qalıqlar yenidən nasazlığa səbəb olacaq. İnjektorlarda klapanlarda porşenlərin yuxarı hissəsində yaranan qalıqlar yanma prosesini gecikdirir yanmanın keyfiyyətini aşağı və zəhərli qazların çıxma faizini yüksəldir. Nəticədə yuxarıda sadaladığımız nasazlıqlar ortaya çıxır zəhərli qazların artması nəticəsində isə particularfilter və katalizator(ətraflı) sıradan çıxır.

Injection Cleaner və Diesel System Cleaner

Bu qatqı yanacaq çəninə tökülərək bütün sistemin təmizlənməsinə kömək edir. Dövrü olaraq istifadə olunduğu zaman mükəmməl nəticələr əldə olunur. Bunu siz qaz pedalına basdığınızda avtomobilin əvvəlkinə nisbətən nə qədər tez sürət yığdığını görəcəksiniz. Yanma otağının təmiz olması benzinin keyfiyyətini artması avtomobilin maksimum performans göstərməsinə kömək edir.

İSTİFADƏ QAYDASI

Hər 2000 km də benzin çəninə əlavə edilir.
Qablaşma 250 ml. Bu 50 litr benzinə qarışdırmaq üçün nəzərdə tutulmuşdur.

NƏTİCƏ

catalytic converterHəm dizellə işləyən həm də benzinlə işləyən avtomobildə sistemin hər zaman təmiz qalmasına xidmət göstərir. Eyni zamanda yanacağın keyfiyyətini artıraraq daha az yanacaq sərfiyyatına gətirib çıxarır. Benzin çənindən tutmuş porşenə qədər benzinlə əlaqəli olan sistemi qoruyaraq sizi artıq xərcdən qoruyur. Bununla bərabər avtomildən çıxan zəhərli qazların əhəmiyyətli dərəcədə azalması “Emission Control System”inin sıradan çıxmasını önləyir. ”Emission Control System” i birbaşa mühərrikin ana kontrol sisteminə bağlanaraq bir neçə sensordan katalizator və particularfilterdən ibarətdir. Təbiəti qorumaq məqsədi ilə son illər istehsalçılar bu sistemi daha da mükəmməlləşdirdilər.Belə ki artıq əgər zəhərli qazların miqdarı normadan çox çıxarsa sensorlar ana kontrol sisteminə informasiya verir və mühərrikin işləməyi dayandırılır(bəzi hallarda informasiya ön konsulda çıxır ki 24 saat içində servisə gedin. Servisə müraciət edilmədiyi halda avtomobil işə düşmür.)Bir çox hallarda bu vəziyyət katalizator və particular filterin dəyişməsi ilə nəticələnir. Bu da demək olar ki ən bahalı(təqribən 1500-3500 AZN) ehtiyat hissələridir. Bundan başqa bu ehtiyat hissələrini Azərbaycandan tapmaq da asan deyil sadəcə sifariş ilə gətirtmək olur.
Dizel mühərriklərdə diesel system cleaner sistemi təmizləməklə bərabər eyni zamanda yanacağın keyfiyyətini artırır. Dizeldəki Setan dərəcəsini 1 pillə artırır. Beləliklə avtomobiliniz yuxarıda qeyd etdiyimiz problemlərlə qarşılaşmır və siz daha az xərcə düşürsünüz.

Yuxarıda gördüyümüz kimi INJECTOR CLEANER (Fuel System Cleaner) və Diesel System Cleaner qatqıları sizi bir çox məsrəflərdən qoruyur və avtomobilinizin real gücünü hiss etməyə şərait yaradır.

Diqqət: qatqılardan düzgün istifadə edin (istehsalçıya diqqət edin) səhv bir seçim ağır nəticələr əmələ gətirə bilər.

Avtoustam Meguin tövsiyə edir

© 2011 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub