Hydraulic lifter additive

  • Share
  • CevherShare
  • Share

Motor Flush

Yağ avtomobillərdə demək olar ki, bütün hərəkət edən hissələr üçün çox vacibdir. Hamımız bilirik ki, ən çox yağa ehtiyac duyan hissə mühərrikdir. Mühərrikin yağlama sistemində, yağ aşağıdan(karterdən) yuxarıya doğru (raspridvala qədər) yağ nasosu (kalenval) vasitəsilə hərəkətə gətirilir. Yağ, yağ kanalları vasitəsilə mühərrikin hissələrinə paylanır. Yağ kanalları çox kiçik diametrə malikdir. Diametri millimetrlə ölçülən yağ kanalları(sarı rəngdə mühərriki əhatə edən düz xətlər) sağ tərəfdəki şəkildə öz əksini tapır. Mühərrik çalışarkən yağ oksidləşir və köhnəlmə nəticəsində tərkibində qalıqlar əmələ gətirir (bəzən keyfiyyətsiz yağ olan zaman daha ağır nəticələnə bilər. Məs. yağ temperaturdan qısa zamanda palçıqlaşır və mühərrik yağsız qalıb dağılır). Bu əmələ gələn qalıqlar kiçik olan yağ kanallarını ya tamamən tutur ya da yağın hərəkətinə maneçilik Yağ sistemiyaradır. Təzyiq altdan yuxarı vurduğu üçün belə bir nasazlıq olduğu zaman, adətən ən üstdəki ehtiyat hissələrində yağlanma yetərincə getmir(ya da kanal tamamilə tutulur və yağlanma dayanır). Bu zaman mühərrikdən taqqıltı səsi gəlir, sanki dəmiri dəmirə vururlar. Bu hydraulic lifter (adətən bizdə hidro talkatel deyilir) deyilən ehtiyat hissəsinin səsidir.

HYDRAULİC LIFTER NƏDİR ?

HYDRAULİC LIFTERAvtomobildə yuxarıda qeyd etdiyimiz səsi eşidirsinizsə deməli Hydraulic Lifter sıradan çıxmışdır. Əvvəlcə səs, benzin sərfiyyatının çoxalması, avtomobilin daha zəif hərəkəti hiss edilir, sonra isə əgər servisə vaxtında müraciət etməsəniz mühərrik tamamilə sıradan çıxır. Bu nasazlıq demək olar ki bütün sürücülərimizdə baş verir amma çox zaman ya səhlənkarlıqdan yada bilməməzlikdən bunu hiss etmirlər və nəticədə mühərrik tamamilə sökülməli olur.
Amma siz Meguin Hydraulic Lifter Additive istifadə etsəniz bu probləmlə qarşılaşmazsınız.

MEGUİN HYDRAULİC LIFTER ADDİTİVE

Almaniyanın Meguin firmasının istehsalı olan bu məhsul yuxarıda qeyd olunan ehtiyat hissəsini (hydraulic lifter) qorumaq, iş prinsipini bərpa etmək və əgər səs yaranıbsa heç bir ehtiyat hissəsi dəyişmədən nasazlığı bərpa etmək üçün yaradılmışdır.

İSTİFADƏ QAYDASI

Əgər səs əmələ gəlibsə(və ya səs gəlmədən qabaq hər yağ dəyişiləndə) mühərrikin yağına əlavə edilir. Mütləq keyfiyyətli yağ istifadə olunmalıdır.
Qablaşma 250 ml. Bu 5 Litr yağ ilə qarışdırmaq üçün nəzərdə tutulmuşdur.

NƏTİCƏ

Düzgün işləməyən Hydraulic lifter avtomobilin klapanlarının, porşenlərinin, yanacağın sisteminin düzgün işləməməsinə, artıq zəhərli qazın çıxmasına, çox benzin sərfiyyatına, katalizator, particular filterin tutulmasına səbəb olur. Gördüyünüz kimi sadə bir detalın nasazlığı avtomobili demək olar ki iflic edir. Bu detalı təmir etmək üçün siz yenisiylə əvəz etməlisiniz. Dörd silindirli (silindir artdıqca detalın sayı artır) mühərriklərdə bu detaldan 16 ədəd olur. Bunu da dəyişdirmək üçün sizin aşağıdakı ehtiyat hissələrinə ehtiyacınız olacaq.(marka modeldən asılı olaraq)


İşin adı
Qiyməti 

(AZN)

Üst qapağın praklatkası 25-60
16 ədəd Hydraulic Lifter 230-375
İşçilik Pulu 80-120
Cəmi: 335-555

Xərciniz 335-555 AZN arası dəyişəcək.

Amma Meguin Hydraulic Lifter Additive istifadə etdiyiniz zaman siz bu xərclərdən(eyni zamanda bundan əmələ gələn yuxarıda qeyd etdiyimiz digər nasazlıqlar) azad olacaqsınız. Avtomobilinizi təqribən 300.000 km-ə qədər rahat idarə edə biləcəksiniz. Bu da demək olar ki orta avtomobil istismarı (illik 25.000 km) ilə nəzərə alsaq 12 il edir.

Diqqət: Qatqılardan düzgün istifadə edin(istehsalçıya diqqət edin) səhv bir seçim ağır nəticələr əmələ gətirə bilər.

Avtoustam Meguin tövsiyə edir.

© 2011 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub