1 Cavab

Injector təmizləmədə səhv fikirlər

Soruşan: 4040 dəfə baxılıb , , , , ,
Faydalı

  • Share
  • CevherShare
  • Share

Saytımıza verilən suallardan eyni zamanda servislərdə apardığımız araşdırmalar nəticəsində deyə bilərik ki, injector yumaq prosesini səhv edirlər nəticədə avtomobillər zədə görür.

İnjektorları (инжектор) yumaq bir periodik baxışdı yəni müəyyən intervaldan bir mütləq yuyulmalıdı. Bu adətən 30000 – 40000 km dən bir edilməlidir. Bu sanki filtr dəyişməyə bənzəyir, vaxtı var xarab oldu-olmadı dəyişilməlidir. İnjektorları üstündən çıxartmadan keyfiyyətli məhsul ilə yuyulmalıdır. Bunu edərkən, siz injektorları qoruyur, ömrünü uzadır, yanma keyfiyyətini qaldırır, mühərrikin gücünü artırır və bir çox hissələrin düzgün işləməsini təmin edirsiniz.
Bu halda siz istehsalçının verdiyi müddət, təminat vaxtına kimi avtomobili düzgün, heç bir
problemsiz idarə edə biləcəksiniz. Adətən bu tip təminatlar ən az 200.000 km olur yeni orta
hesabla Azərbaycanda sürülən maşınlara baxanda təqribən 10 ildən çox edir.

Səhv olan bu ehtimalda isə deyə bilərik ki, avtomobil idarə edirlər 150.000 – 200.000 km sonra da maşında nasazlıq olan kimi ən çox baxılan hissələrdən biri də injectordu. Bu zaman injectoru söküb yumağa çalışırlar. Bu hal səhvdir və avtomobilə ciddi zərər vura bilər. Buna səbəb uzun müddət kirlənmiş injetorların ultra səs vasitəsilə yuyulduqda injectorların iş prinsipini pozmaqdır. Çünki uzun müddət laklaşmış qatlar vaxt keçdikcə özünə yer eləyir və əsas hissələrində yeyir. Təmizləmə zamanı injectorlarda qatlarla bərabər detallarda zədələnir. Bunu belə düşünə bilərsiniz ucuz müddət bir boru ilə su istifadə edirsiniz. Su gəlir və heç bir problem yoxdu sadəcə suyun gəlmə təzyiqi aşağıya düşdüyünə görə təmizləmək istəyirsiniz. İçərisini təmizləyici maddə tökürsünüz və yuyursunuz. Sonra suyu buraxanda təzyiq əmələ gəlir amma boruda da müəyyən yerlərdən su sızır. Səbəb uzun müddət çirklənən boruda, yad maddələrin borunun keyfiyyətini illər boyu yeməsidir. Təmizləyici maddələr işə düşən kimi onsuzda zərər görmüş boruda çatlar əmələ gəlir. İnjectorlarda eyni ilə belədir. İlk öncə avtomobil yaxşı işləyə bilər, yəni bir iki gün ya da həftə amma daha sonra nasazlıq əvvəlkindən qat-qat çox olacaq. Bütün elektronik və mexaniki hissə təhlükə altında olur.

Avtomobilinizi vaxtaşırı servisdən keçirin ki, sonra daha çox əziyyət və xərc çəkməyəsiniz.

1 Cavab



  1. Hasanguluyev Senan on Nov 01, 2011

    Salam! Bu məlumatin mənbəyi mənim üçün çox maraqlidir. Əgər uzun muddət işləyən injektorlarda siz deyən kimi yad maddələr korroziyaya və ya mexaniki zədələnmələrə səbəb olursa, onda bu injektorlari yumaq yox, dəyişdirmək lazimdir. O ki qaldı injektorların ultrasəslə yuyulmasına, onu deye bilərəm ki, injektor təmizləmədə ən effektiv üsul elə budur. Sökmədən yuyarkan hansı injektorun nə dərəcədə çirklənməsini müəyyən etmək və ya yuyulandan sonra məhsuldarlığını(дозировка) yoxlamaq qeyri mümkündür. Ultrasəslə yumaq öz işini mükəmməl bilən usta tərəfindən həyata keçirilərsə səmərəsi çox yüksək olar.
    İnjektor yuyulandan sonra avtomobil bir həftə müddətində yaxşı işləyirsə, məntiqlə deməli hər şey qaydasındadır.
    P.S. Bəzi injektorlar var ki, onların daxili örtüyü teflon adlanan maddədən olur ki, bunların ultrasəslə yuyulması zamanı çox ehtiyatlı olmaq lazımdır. Əks halda bu örtük zədələnir ki, bu da isti mühərrikin gec işə düəməsinə səbəb olur.

    +12 Səs Əla 12 Səs Zəif 0 Səs


© 2011 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub