Haqqımızda

  • Share
  • CevherShare
  • Share

Şahin Qasımovwww.avtoustam.com portalının təsis edilmə məqsədi avtomobil həvəskarlarını avtomobillər haqqında tam məlumatlandırmaq, sahib olduqları və ya sahib olmaq istədikləri avtomobil haqqında təcrübəli ustalardan informasiya ilə təmin etməkdən ibarətdir.

Biz ustaların uzun illərdə yığdıqları təcrübələri hörmətli sürücülərimizə çatdıraraq, onlara kömək etməyə çalışacağıq.
Artıq avtomobilsiz bir həyat düşünə bilmirik. Günümüzdə avtomobil həm nəqliyyat vasitəmiz, həm də yüksək texnologiya ilə təchiz edilmiş bahalı bir texnikadır. Təbii ki, avtomobilə xidmət də büdcənizin bir hissəsini aparır. Bəzən kiçik bir ehtiyatsızlığın xərci, aylıq gəlirinizdən qat-qat üstün ola bilər.

Missiyamız avtomobilinizə düzgün xidmət yolu göstərməklə həm sizin ailə büdcənizi qorumaq, həm də maşınınızdan daha uzun müddət istifadə etməyinizə kömək etməkdir.

İnteraktiv ustalar olaraq həmişə sizin online xidmətinizdəyik!

Unutmayın!
Düzgün istifadə və xidmət olunmayan avtomobil həm malınız, həm də canınız üçün təhlükəlidir.


Hörmətlə,
ŞAHİN QASIMOV

© 2011 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub