0 Cavab

Avtomobil seçimi barədə yardım

Soruşan: 365 dəfə baxılıb ,
Sürət qutusu, Ümumi

  • Share
  • CevherShare
  • Share

Salam Usta! Sizdən avtomobil seçimi barədə yardım etməyinizi xahiş edirəm. 7000-8000 civarında normal, ekonom, “gündəlik” və “uzun yol” maşını axtarıram…

İmkanıma uyğun istədiyim avtomobili tapmadığım halda, Kia Rio, Nissan Tiida, Hyundai Accent və ya Hyundai Elantra arasında seçim etməli olacağımı təxmin etmişəm. Lakin əsas almaq istəyim Toyoto Corolla’dır (buraxılış ili: 2007, 2008).

İlkin olaraq onu deyim ki, yerli saytlarda müşahidəmə əsasən, bu avtomobillərin qiyməti minimum 9000-10000 AZN-dir. Üstəlik Corolla’nın 10-cu nəsil buraxılışları içərisindən əsasən 2007-ci il buraxılışlarının böyük əksəriyyətində sürətlər qutusu robotdur. Mən isə adi avtomat axtarıram, mühərrikin həcmi 1.6 L nəzərdə tutmuşam. Belə güman edirəm ki, Bakıda dediyim şərtlərə uyğun 2007-ci il buraxılışını tapmaq çətin olacaq, 2008-lərin qiyməti isə nisbətən daha bahadır. Mən hazırda maksimum 9000 AZN təklif edə bilərəm…

Sizdən əsas xahişim bu avtomobillərin məsləhət olub-olmamasına dair ətraflı məlumat və “təklif etdiyim qiymətə bu avtomobildən ala bilərəmmi?” sualına cavab verməyinizdir.

Öncədən təşəkkür edirəm!..

© 2016 avtoustam.com - Bütün hüquqları qonunur.
Sayt WPUSta.Com tərəfindən dəstəklənir.

AvtoKlub